Gəncədə sərnişin avtobusu aşıb, xəsarət alan yoxdur
Gəncənin Aluminium Zavodu adlanan ərazisində 23 nömrəli xətt üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb. Nəticədə sürücü Canpolad Abdullayev yüngül bədən xəsarəti alıb. Qəza zamanı avtobusda 2 sərnişin olub və xəsarət almayıblar.