Gəncədə reyd zamanı qayda pozanlar aşkarlandı
2020-06-10 12:06
Gəncənin şərq çıxışında xüsusi karatin rejiminin tələblərini pozan mikroavtobus aşkarlanıb. Şəhərdən çıxış qadağan edilsə də, paytaxta sərnişin aparmaq istəyən sürücü iş başında saxlanılıb. Mikroavtobusda olan təxminən 7-8 sərnişinin də qaydaları pozaraq Bakıya getməsinin qarşısı alınıb. Yolçular maşından endirilib, sürücü isə inzibati qaydada cərimələnib.
Vəfa Şairova