Gəncədə Respublika fənn olimpiadasının şəhər turu keçirilir
2020-02-10 12:00
Gəncədə Respublika fənn olimpiadasının şəhər turu keçirilir. Üç gün davam edəcək bu mərhələdə ümumilikdə 998 nəfər şagird iştirak edəcək. 8-11-ci sinif şagirdləri riyaziyyat, fizika, kimya, bialogiya, informatika, tarix, coğrafiya, Azərbaycan-dili və ədəbiyyatdan öz biliklərini nümayiş etdirirlər. Olimpiadanın sualları Təhsil Nazirliyi tərəfindən göndərilib və şagirdlərə cavablandırmaq üçün 3 saat vaxt verilib. Olimpiadanın şəhər turunda yer tutan şagirdlər fənn olimpiadasının Respublika turuna vəsiqə qazanacaq.
Vüsalə Camal