Gəncədə raket atəşi nəticəsində valideynlərini itirən bacı və qardaş himayəyə götürüldü
2020-10-14 16:07
Gənclər və İdman Nazirliyinin kollektivi erməni terroristləri tərəfindən Gəncəyə atılan raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyevanı itirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin yetkinlik yaşlarına çatana qədər 500 manat aylıq təminat xərclərini öz üzərinə götürüb. Bu barədə nazirlikdən məlumat verilib.
Nərgiz Camal