Canlı
Gəncədə rəis müavinlərini öldürən iki nəfər axtarılır

2018-07-11 / 12:01

Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin hücumu nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə sakinləri 30 yaşlı, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 30 yaşlı Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib. Onların tutulması üçün intensiv iş aparılır.

Vəfa Şairova