Gəncədə quldurluqda şübhəli bilinən şəxs saxlanılıb
2021-03-13 14:09
Gəncədə polis martın 1-də çapacaqla şəhərdəki çörək sexlərindən birinə basqın edərək, kassadan 95 manat pulu götürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Mübariz İsmayılovu saxlayıb. Onun martın 8-də çapacaq və oyuncaq tapança ilə marketlərdə satıcıdan pul tələb etdiyi, lakin müqavimətlə qarşılaşdıqda hadisə yerindən qaçdığı da məlum olub. Faktla bağlı cinayət işi açılıb.
Vüsalə Camal