Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
2021-02-03 10:00
Gəncə polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub. Şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə tələbələrin yaşadığı mənzilə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib. Saxlanılan şəxs istintaqa təhvil verilib.
Fərid Mehdiyev