Gəncədə qonşular arasında yaranan mübahisə qanla bitdi
2021-02-04 18:12
Gəncədə qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaqlanıb. Gəncə şəhər sakinləri 58 və 24 yaşlı kişləri qonşuları ilə yaranan mübahisə zamanı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyəti qənaətbəxşdir. Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Nərgiz camal