Gəncədə qanunsuz silah saxlayan keçmiş məhkumlar saxlanılıb
Xocavənddə rayon ərazisində keçirilən tədbirlər zamanı sursatlar aşkar edilib. 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.
Gəncədə isə keçmiş məhkumlar Nicat Cəlilov və İqbal Əlisgəndərov qanunsuz silah saxladıqları üçün saxlanılıb. Onlardan nömrəsi silinmiş İJ və “Baykal” markalı tapança, həmin tapançalara aid sandıqça və 9 ədəd patron aşkarlanıb.
Fərid Mehdiyev