Canlı
Gəncədə qadınların çantasına girənlər saxlanıldılar

Noyabrın 5-də Gəncə sakininin içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev və Elbrus Manafov tutulub. Nizami RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, onlar avqustun 21-dən noyabrın 4-dək olan müddətdə şəhər sakinləri olan daha 3 qadının çantalarından pul və sənəd oğurlayıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Ruhəngiz Hacızadə