Gəncədə qadın sürücü piyadanı vurub
Gəncənin Nizami Gəncəvi prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qadın sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən 17 yaşlı gənc qızı vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.