Canlı
Gəncədə qadını öldürərək yandıran şəxs saxlanılıb

2018-03-08 / 14:15

Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub. Belə ki, fevralın 27-də şəhərin N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra evdə yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub. Araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə