Gəncədə qəzada kişi canından oldu
Gəncənin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub. Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Nərgiz Camalzadə