Gəncədə qəza olub, iki nəfər xəsarət alıb
Gəncədə "VAZ" markalı avtomobillə motosiklet toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü və 2005-ci il təvəllüdlü iki nəfər xəsarət alıb. Onlar Abbas Səhhət adına 1 saylı xəstəxananın travmatologiya şöbəsinə aparılıblar. Vəziyyətləri normal qiymətləndirilir.
Baləkənin Püştətala kəndində isə Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktlar araşdırılır.
Vüsalə Cənnətova