Gəncədə qətl törədilib
2020-05-26 12:06
Gəncənin Təbriz küçəsində qətl törədilib. Şəhər sakini 61 yaşlı Asim Yusifovun meyiti evinin həyətindəki tikilidə aşkarlanıb. Məlumata görə, mərhum həmin tikilidə tanışı ilə yeyib-içib, hadisə də bundan sonra baş verib. Ailə üzvləri cinayətdən səhər saatlarında xəbər tutublar. İlin ehtimala görə, mərhuma ikisi ürək nahiyəsinə olmaqla 4 bıçaq zərbəsi vurulub. 4 uşaq atası olan Asim Yusifov təqaüddə olan polis əməkdaşıdır. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.
Nərgiz Camal