Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub
2021-03-28 16:08
Gəncədə polisə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşlarının araşdırmaları ilə mərhumun həmyerlisi, əvvəllər məhkum olunmuş Quliyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən olunub. O, paytaxtda tutularaq istintaqa təhvil verilib.
Nərgiz camal