Gəncədə qətlə yetirilən polis zabitlərinin xatirəsi anılıb

2019-07-11 12:10

Gəncənin Şəhidlər Xiyabanında ötən il şəhərdə baş verən iğtişaş zamanı qanunsuz hərəkətlərin qarşısını almaq üçün xidməti vəzifələrini yerinə yetirən zaman qətlə yetirilən polis zabitlərinin xatirəsi anılıb. Şəhid polislər - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovun məzarları önünə əklil qoyulub, ruhlarına dualar edilib. Anım tədbirində Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhidlərin ailə üzvləri, polis əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vüsalə Camal