Gəncədə poçtlar işləməyəcək
2020-06-05 14:03
Gəncədə poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq. Sərtləşdirilən karantin rejiminə uyğun olaraq poçt şöbələri bu gün saat 14-dən 8 iyun saat 8-ə qədər xidmət göstərməyəcək. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.
Nərgiz Camal