Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
2021-05-31 10:11
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 1997-ci il təvəllüdlü R.Abdullayevi avtomobil vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Nərgiz camal