Gəncədə peşə təhsili və sənaye tərəfdaşlığı müzakirə olunub

Gəncədə “Regional əmək bazarı və gələcəyin bacarıqları: Peşə təhsili-sənaye tərəfdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə Gəncə-Qazax iqtisadi regionunda qarşıdakı 3-5 il ərzində əmək bazarının kadr ehtiyacları, peşə təhsili proqramlarının müasir tələblərə uyğunlaşdırılması və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev Kəpəz FM-ə müsahibə verib:
SİNXRON:Kənan Mirzəyev - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini:"Peşə təhsili ilə sənaye arasında əməkdaşlığımn gücləndirilməsi peşə təhsili üzrə dövlət agentliyi üçün mühüm əhəmiyyət kəsb edir çünki müasir sənayenin tələbləri əmək bazarında yalnız nəzəri biliklərə deyil, həm də yüksək praktiki bacarıqlara malik mütəxəssislərə ehtiyacı artırır.Bu baxımdan sənaye nümayəndələri ilə birgə keçirilən belə tədbirlər ehtiyacların müəyyənləşdirilməsi, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbələrin praktiki bacarıqlarının inkişafı baxımdan vacib məqamdır".

29 oktyabr 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik