Gəncədə parkdan oturacaq oğurlayanlar saxlanılıblar
2021-11-26 14:09
Göyçayda “KamAZ” markalı yük avtomobilindən dəyəri 800 manat olan ehtiyat hissələri oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Abdurəhimov tutulub. Gəncənin Gülüstan qəsəbəsindəki parkdan isə 400 manat dəyərində 1 ədəd oturacaq oğurlayan şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.
Vüsalə camal