Canlı
Gəncədə onkoloji xəstələrin pulsuz müayinəsi həyata keçirilir

2018-11-08 / 13:58

Onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncədə ödənişsiz tibbi müayinələr keçirilir. Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası Gəncə şəhəri və ətraf rayonlardan müxtəlif yaş qruplarından olan sakinlərin sağlamlığını yoxlayıblar. Aksiya Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təşkil edilib. 2 gün ərzində 1000-dən çox vətəndaş müayinədən keçirilib. Risk qrupuna aid olan və onkoloji xəstəlik aşkarlanan şəxslər tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Ruhəngiz Hacızadə