Gəncədə oğurluq edən şəhər sakini saxlanılıb, digər sakindən silah götürülüb
2021-01-19 18:10
Gəncədə şəhər sakinininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 2000 manat olan qızıl-zinət əşyalarını oğurlayan yerli sakin Ruslan Yusifov saxlanılıb. Gəncə polisinin keçirdiyi digər əməliyyatla qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Bəxtiyar Əhmədov tutulub. Ondan şəhər ərazisindəki yaşayış olmayan evlərdən birində gizlətdiyi 1 ədəd yivli “TOZ-8” tüfəngi aşkar edilərək götürülüb.
Vüsalə camal