Gəncədə oğul atasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb
2021-12-13 10:00
Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub. Daha sonra həmin şəxsin elə oğlu Məhəmməd Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub. O, şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev