Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib
2020-06-03 18:09
Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Şəhər sakini, 85 yaşlı Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadını içki aludəçisi olan oğlunun döydüyü bildirilir və vəziyyəti kafi qiymətləndirilir. Hadisənin səbəbi məlum deyil.
Fərid Mehdiyev