Gəncədə nişanlanan 14 yaşlı qızın valideynləri ilə profilaktiki söhbət aparılıb
Gəncədə 23 yaşlı oğlanla nişanlanan 14 yaşlı qızın valideynləri polis idarəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbət aparılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
Vüsalə Cənnətova