Gəncədə narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
2021-06-09 14:10
Gəncədə bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb. Bundan başqa spirtli içkinin təsiri altında avtomobil idarə edilməsi və baş verə biləcək qəzaların qarşısını almaq məqsədi ilə şəhərin müxtəlif yerlərində monitorinqlər keçirilib. Monitorinq zamanı Xəyal Muxtarovun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi məlum olub. Şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Nərgiz camal