Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldılar
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Mercedes” və “Chevrolet” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib və fakt təsdiqini tapıb. Fuad Məmmədov və Roman Əliyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Azad Mustafayev