Gəncədə narkotacir saxlanıldı, 300 min manatlıq narkotik aşkarlandı
2020-01-21 12:06
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Etibar Yaqubovu saxlayıblar. Baş İdarədə həmin şəxsin üzərinə baxış keçirilən zaman ondan 100 qram marixuana götürülüb. Davam etdirilən tədbirlərlə Etibar Yaqubova narkotiki satan şəhər sakini Eldəniz İmanlı da saxlanılıb. Müxtəlif ərazilərdə yerləşən evlərinə baxış keçirilərkən aşkarlanan narkotik vasitələrin qara bazarda dəyəri təxminən 300 min manata yaxındır.
Fərid Mehdiyev