Gəncədə narkomanlığa qarşı maarifləndirici tədbirlər keçirilib
2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində Gəncə şəhərində narkomanlığa qarşı mübarizə və antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə tədbirlər təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşlərdən biri Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr, digəri isə 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün təşkil edilib.Tədbirlərdə narkotik və psixotrop maddələrin insan sağlamlığına zərəri, asılılığın fəsadları, hüquqi məsuliyyət və narkotiklərlə mübarizənin əhəmiyyəti barədə məlumat verilib. Yeniyetmələrə asudə vaxtın səmərəli təşkili, idman və incəsənətlə məşğul olmaqla bağlı tövsiyələr də çatdırılıb.
26 noyabr 2026

