Gəncədə nəqliyyat hadisəsi baş verib
2020-07-16 10:07
Gəncədə biri azyaşlı olmaqla iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər - 33 yaşlı Xumar Qurbanova və onun 2 yaşlı oğlu Telman Məmmədov xəstəxanaya yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Vüsalə Camal