Gəncədə Modul tipli xəstəxananın istifadəyə veriləcəyi vaxt açıqlanıb
2020-05-04 18:03
Ölkədə sayca 6-cı modul tipli xəstəxananın inşasına Gəncədə start verilib. Təxminən 10-12 günə yaxındır ki, təməl qoyulub, tikinti işləri davam etdirilir. Xəstəxanın təxmini may ayının sonu, iyun ayının əvvəli istifadəyə veriləcəyi gözlənilir.Tibb müəssisəsi 3 bölmədən ibarət 100 palatalıq olacaq. Quraşdırılan palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz ediləcək. Modul tipli xəstəxana 200 çarpayılıqdır.
Fərid Mehdiyev