Gəncədə Mingəçevir sakinindən 7 kiloqrama yaxın narkotik götürülüb
2021-04-14 16:07
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Mingəçevir sakini F.Paşayevi idarə etdiyi “KİA” markalı avtomobildə sərnişinləri - həmyerlisi P.Salamov və Bakı sakini E.Eyyubovla birgə Gəncədə saxlayıblar. Maşından 1 kiloqramdan artıq heroin və 5 kiloqram 600 qram marixuana götürülüb.
Fərid Mehdiyev