Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib
Gəncədə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimat mərasimi keçirilib.Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə aidiyyati qurumlar və Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan film Natiq Qasımovun həyat və döyüş yolunu yenidən canlandırır. Ekran əsərinin əsas məqsədi qəhrəmanın şücaətini geniş auditoriyaya çatdırmaq, xatirəsini yaşatmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.
29 oktyabr 2026

