Gəncədə mebel sexi yanıb

2019-11-04 10:05

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan mebel sexinin konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə bölmələri tərəfindən alovdan mühafizə olunub.

Vəfa Şairova