Gəncədə mazut və yağ çəlləklərində yanğın baş verib
Gəncədə mazut və yağ çəlləklərində yanğın baş verib. FHN-nin məlumatına görə, 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanıb. Alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
Nərgiz Camalzadə