Gəncədə maraqlı aksiya reallaşıb. Təfərrüatı Kəpəzxəbərdə

2019-11-09 16:00

Dövlət bayrağı günü münasibəti ilə Gəncə ASAN Xidməti Mərkəzində maraqlı aksiya reallaşıb. Belə ki, nigaha daxil olan 4 cütlüyə dövlət rəmzimiz olan üç rəngli bayraq hədiyyə edilib. Aksiya Gəncə şəhər Gənclər və İdman Baş idarəsi ilə Gəncə ASAN Xidməti Mərkəzinin birgə təşəbbüsü əsasında həyata keçirilib.

Vüsalə Camal