Gəncədə mağazanın ərazisində yanğın qeydə alınıb
Gəncənin Atatürk prospektində yerləşən, şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Hüseynova məxsus ümumi sahəsi 74 kvm olan mağazada yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 4 kvm ərazini əhatə edən alov söndürülüb. İlkin ehtimalla, yanğın elktrik naqillərində qısa qapanma nəticəsində baş verib. Araşdırma aparılır.
Nərgiz Camalzadə