Gəncədə mağazalardan oğurluq edən şəxs tutulub
2021-03-23 14:00
Gəncədə polis müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 350 manat pul, 2788 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən yerli sakin İ. İbrahimovu saxlayıb. Şəmkirdə isə fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri- Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan bir nəfər saxlanılıblar. Dəstənin ümumilikdə 2 televizor, 1 kompüter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını götürərək satdığı məlum olub. Onlar maddi-sübutlarla birlikdə istintaqa təhvil veriliblər.
Fərid Mehdiyev