Gəncədə mağazalardan oğurluq edən şəxs saxlanılıb
Gəncədə yerləşən mağazalardan birindən tütün məmulatları və 1370 manat pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Zaur Məmmədov müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı onun şəhər ərazisində yerləşən daha bir neçə mağazadan da oğurluq etdiyi müəyyən olunub.Araşdırmalar davam etdirilir.
03 iyul 2026

