Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

2021-12-04 14:08

Gəncədə polis mağazalardan birindən ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samux sakini Məhəmməd Məmmədovu saxlayıb. Goranboyda qəbiristanlıqlardan ümumi dəyəri 300 manatdan çox olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən Kənan Həsənov və Amil Bayramov istintaqa təhvil veriliblər. Şəki sakininə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılmasında şübhəli bilinən Göyçay sakini Heydər Heydərli də tutulub. Məlum olub ki, o, həbs müddəti başa çatıb cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçaya getmək istəyib. Lakin təkəri partladığından maşını yolun kənarında tərk edib.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik