Gəncədə mənzilləri qarət edən şəxslər saxlanılıblar
2021-02-17 18:06
Gəncədə polisin araşdırmaları ilə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Arzu Kərimov və Mehdi Mahmudovun mənzillərdən məişət və tikinti əşyalarını oğurladıqları aşkara çıxıb. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Vüsalə Camal