Gəncədə "Mənəvi dəyərlər" həftəsi başlayıb
Gəncədə “Mənəvi dəyərlər” həftəsi keçirilir.Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.Həftənin məqsədi gənclər arasında dünyəvi düşüncə tərzini, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə və mədəni irsə bağlılığı gücləndirməkdir. Həftə ərzində iştirakçılar üçün şəhərin tarixi abidələrinə və dini məkanlarına ekskursiyaların keçirilməsi də nəzərdə tutulub.
17 noyabr 2026

