Gəncədə məktəbli qız sinif yoldaşını bıçaqlayıb
2021-04-19 14:10
Gəncədə 8 nömrəli orta məktəblərin 9-cu sinif şagirdi olan qız müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qızın yetirdiyi məlum olub. Hazırda hadisənin başvermə səbəbi araşdırılır və hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Nərgiz camal