Gəncədə məktəb şagirdləri arasında zəhərlənmə olub
Gəncə şəhər 3 nömrəli tam orta məktəbinin 6 şagirdi - 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızı zəhərlənib. TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Abbas Səhhət adına xəstəxanaya zəhərlənmə ilə daxil olanlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə davam edilir, vəziyyətləri orta stabildir.