Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb
Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarışla məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncədə, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd "TT" markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd "F-1" markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

