Gəncədə mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsi yoxlanılıb
Gəncədə “Azərbaycan Alüminiumu” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsində mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin dəstəyi ilə keçirilən məşqin məqsədi fövqəladə hallar zamanı mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsini yoxlamaq olub.Məşq zamanı şəxsi heyətin toplanışı, texnika və avadanlıqların vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları barədə təlimat verilib. Məşqin nəticələri qənaətbəxş qiymətləndirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
19 oktyabr 2026

