Gəncədə Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib
2020-11-06 14:07
Gəncədə Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər. Sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarlar, eləcə də alıcıların diqqətinə çatdırılıb.
Fərid Mehdiyev