Gəncədə kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı
2020-06-17 10:05
Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb. 70 yaşlı Mahir Quliyev qardaşı arvadı 53 yaşlı Ofeliya Quliyevanı, öz gəlini 36 yaşlı Günay Quliyevanı və nəvələri- 14 yaşlı Malik Quliyev, 18 yaşlı Sevinc Quliyevanı bıçaqlayıb. Hadisə zamanı Ofelya Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Mahir Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib.
Fərid Mehdiyev