Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirib
2021-05-26 18:10
Gəncənin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qətl hadisəsi baş verib. Həmin ünvanda 37 yaşlı Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 31 yaşlı Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Fərid Mehdiyev